1584
Bu gün 1 oktyabr — 13:03

Ermənistan Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

Xəbərlər