6088
Bu gün 27 sentyabr — 13:05

Samvel Babayan erməni ordusunun itkilərini açıqladı və mövqelərini əldən verdiyini təsdiqlədi

Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, keçmiş səhra komandiri Samvel Babayan bu gün səhər saatlarından başlayan döyüşlərin gedişində 10-a yaxın erməni hərbçisinin öldürüldüyünü açıqlayıb. “Təxminən 10-a yaxın hərbi qulluqçu  ölüb. Lakin rəqəmlər hələ dəqiq deyil. Bizim gizlətməli heç nəyimiz yoxdur, bütün məlumatlar açıqlanacaq”,-o deyib.

Babayan təsdiq edib ki, erməni tərəfi “dörd-beş döyüş mövqeyini” də itirib.

Xəbərlər