2072
Bu gün 27 sentyabr — 11:37

Erməni ordusunun itkiləri barədə məlumatlar gəlməyə başladı

Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi irimiqyaslı əks hücum nəticəsində düşmən ordusu canlı qüvvə texnika sarıdan ağır itkilər verir. Virtualaz.org xəbər verir ki, erməni mənbələrində artıq itkilər barədə ilkin məlumatlar, öldürülən zabit və əsgərlərin fotoları, adları yayılmağa başlayıb.

Bunlar Hovanes Gevorqyan, Edqar Arutyunyan, Artur Sarkisyan, Sergey Nanyan və Slavik Vorosyandır.

Lakin bunlar düşmən ordusunun itkilərinin çox cüzi hissəsidir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən bütün istiqamətlərdə çoxlu itkilər verir və verməkdədir. Yaxın saatlarda düşmənin itkilərinin miqyası haqda yeni təfərrüatlar məlum olacaq.

Virtualaz.org

Xəbərlər