180
Bu gün 26 sentyabr — 15:26

İlham Əliyev Zelenskiyə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

Virtualaz.org-un məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Xatırladaq ki, dünən axşam saatlarında Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub.

Hadisə yerində 25 nəfərin meyiti tapılıb. İki kursant təyyarədən atılaraq xilas olub və xəstəxanaya yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək olmayıb.

Xəbərlər