387
Bu gün 26 sentyabr — 14:48

Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları icra edir

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Virtualaz.org Müdafiə Nazirliyinə istinadən bildirir ki, həyəcan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

Xəbərlər