160
Bu gün 21 sentyabr — 11:18

Ermənistanda koronavirusdan daha 6 nəfər öldü

Ermənistanda son sutka ərzində daha 121 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 47 min 552-yə  çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 6 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 936 nəfər olub.

İndiyədək 42 min 637 xəstə sağalıb.

Hazırda Ermənistanda 3 692 aktiv koronavirus xəstəsi var.

Xəbərlər