194
Bu gün 20 sentyabr — 15:31

Özbəkistan Baş Nazirinin müavini koronavirusdan öldü

Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 56 yaşlı U. Barnoyev koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Bir müddət əvvəl COVID-19 testinin nəticəsi pozitiv çıxan Barnoyev xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Özbəkistan Maliyyə nazirinin müavini Erkin Tursunov da koronavirusdan vəfat edib.

Xəbərlər