113
Bu gün 16 sentyabr — 00:34

Yevlaxda yol qəzası: xəsarət alanlar var

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Balçılı kənd ərazisində qeydə alınıb.

İki "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakinləri - 1990-cı il təvəllüdlü Mehman Cəfərov və 1998-ci il təvəllüdlü Babək Kərimov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər