121
Bu gün 15 sentyabr — 18:24

İranda koronavirusa yoluxanların sayı artdı

İranda ötən sutka ərzində 2 705 nəfər koronavirusa (COVİD-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S.Sadat Larinin sözlərinə görə, yoluxanların sayı 407 353 nəfərə yüksəlib: "Virus daşıyıcılarından 3 811 nəfərin vəziyyəti ağırdır. Ötən 24 saat ərzində 140 nəfər koronavirusda ölüb. Bununla da ölənlərin sayı 23 453 nəfərə çatıb.

İranda indiyədək 349 984 nəfər koronavirusdan sağalıb".

Virtualaz.org

Xəbərlər