444
Bu gün 15 avqust — 15:28

Bakıda körpünün üstündə qəza

Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Hüseyn Seyidzadə küçəsində (Xutor yaşayış massivində) körpünün üstündə qeydə alınıb. Qələbə dairəsi istiqamətində baş verən qəzada iki avtomobil toqquşub.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qəza səbəbindən sözügedən istiqamətdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xəbərlər