224
Bu gün 15 avqust — 11:36

Gömrükdə ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "MAN" və "VOLVO" markalı avtomobillərə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 20 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərlər