270
Bu gün 14 avqust — 14:47

Bakı sakini 6 kiloqram heroini yol kənarında gizlətdi

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev Xətai rayonu ərazisində saxlanılıb.

DİN-dən virtualaz.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qram heroin və 5 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonu Digah qəsəbəsinin ərazisində yolun kənarında gizlətdiyi çəkisi 6 kiloqram heroin və 680 qram tiryək də aşkar edeilərək götürülüb.

 

Xəbərlər