294
Bu gün 14 avqust — 12:24

Gömrükdə sürücünün bel çantasından marixuana çıxdı

Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumata görə, nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər