318
Bu gün 9 avqust — 15:43

“TurAZ Qartalı-2020” təlimlərində helikopterlərin uçuşları keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən virtualaz.org-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Xəbərlər