731
Bu gün 9 avqust — 13:58

Azərbaycanda gündəlik yoluxma sayı 87-yə düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Xəbərlər