267
Bu gün 7 avqust — 18:58

İstanbulda hərbçilərlə görüş yasaqlandı

İstanbulda hərbçilər və əsgərlərə kütləvi görüş qadağan edilib.

“Report” xəbər verir ki, bu xəbərdarlığı İstanbul valisi Əli Yerlikaya edib.

“Hərbçi olacaq qiymətli əsgərlərimiz, övladlarını hərbi ocağa göndərən dəyərli ailələrimiz və Vətənə borcunu verən dostlarını ziyarət edən sevgili gənclər COVID-19 tədbirləri çərçivəsində hərbçilərlə kütləvi görüşə icazə verilməyəcək. Zəhmət olmazsa qaydalara əməl edin. Hər şey Vətən üçün”, - müraciətdə bildirilib.

Xəbərlər