200
Bu gün 6 avqust — 12:35

Ermənistanda hərbçilər qəzaya düşdü

Ermənistanın şimalında, Gümrü-Spitak yolunda hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səhər saatlarında baş verən qəza nəticəsində A. Spartak (1997-ci il təvəllüdlü) ölüb, S. Albert (1998-ci il təvəllüdlü), N. Artuş (1991-ci il təvəllüdlü) və M. Manuk (1989-cu il təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Vanadzor tibb mərkəzinə yerləşdiriliblər.

Həkimlər M. Manukun sağlamlıq vəziyyətini olduqca ağır, digərlərinin sağlamlıq vəziyyətin isə orta ağır qiymətləndirblər.

Məlumata görə, ölümş şəxs və yaralılar Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirlər.

Xəbərlər