469
Bu gün 5 avqust — 17:00

Medvedevdən Azərbaycan və erməni diasporlarına məsuliyyət xatırlatması

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, "Yedinaya Rossiya"nın sədri Dmitri Medvedev diasporlara Azərbaycan və Ermənistandan olanların Rusiya ərazisində toqquşması ilə bağlı məsuliyyəti xatırladıb.

Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, bu barədə o, çərşənbə günü "PolitStartap" layihəsinin iştirakçıları ilə görüşdə bildirib.

"Nə vaxt ki, bütün bunlar (Dağlıq Qarabağla bağlı münaqişə) xarici problemdən Rusiya Federasiyasının daxili probleminə çevrilir, bu diasporlar da öz məsuliyyətlərini hiss etməlidirlər", - deyə D.Medvedev vurğulayıb.

Virtualaz.org

Xəbərlər