335
Bu gün 5 avqust — 16:14

Fransa Prezidenti Livana gedir

Fransa Prezidenti Emmanuel Makron Livana səfər edəcək.

“CNN" xəbər verir ki, səfər avqustun 6-da həyata keçiriləcək.

Prezident Makronun səfəri Beyrutda baş verən güclü partlayışdan sonra Livanla həmrəylik məqsədi daşıyır.

Xatırladaq ki, Fransa hadisədən dərhal sonra Livana yardım göstərib.

Dünən axşam Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, azı 4 min nəfər xəsarət alıb.

Xəbərlər