454
Bu gün 5 avqust — 01:41

ABŞ Livana kömək təklif etdi

ABŞ Beyrutda baş vermiş partlayışla əlaqədar Livan hökumətinə bütün lazımi köməyi göstərməyə hazırdır.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.

“Biz Beyrutda baş vermiş partlayışla bağlı məlumatları diqqətlə izləyirik. İstənilən mümkün köməyi göstərməyə hazırıq”, - deyə məlumatda qeyd olunur.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı partlayışla bağlı vəziyyəti şərh edə bilməyib.

Qeyd edək ki, Beyrutda dəniz limanı rayonunda baş vermiş partlayışlar nəticəsində azı 10 nəfərin öldüyü, yüzlərlə yaralının olduğu bildirilir.

Xəbərlər