1191
Bu gün 4 avqust — 22:35

Beyrutda güclü partlayış: Baş nazirin həyat yoldaşı və qızı yaralandı

Beyrutda baş verən partlayış nəticəsində Livan baş nazirinin ailə üzvləri, eləcə də müşavirləri yaralanıb.

Virtualaz.org-un RenTV-yə istinadən verdiyi məlumata görə, paytaxtın limanında güclü partlayışda Livan baş nazirinin xanımı və qızı yaralanıb.

Partlayışın Livan prezidenti Baabdanın sarayına, Rusiya səfirliyinə, eləcə də Beyrutdakı bir çox binaya ziyan verdiyi məlum olub.

***22:21

Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.

Virtualaz.org bildirir ki, partlayış Beyrut limanının 12-ci blokunda baş verib.

“Al Mayadeen” kanalı isə xəbər yayıb ki, partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.

Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.

Xəbərlər