227
Bu gün 4 avqust — 11:08

Ermənistanda əsgər ölümləri yenidən araşdırılacaq

Ermənistanda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkənin baş naziri Nikol Paşinyan qeyri-döyüş şəraitində ölən və ya öldürülən hərbçilərin cinayət işlərinin araşdırılması ilə bağlı işçi qrupun yaradılması barədə qərar verib.

Xatırladaq ki, son vaxtlarda Ermənistan ordusunda qeyri-döyüş şəraitində onlarla hərbi qulluqçu ölüb. Ölən hərbçilərin valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Onlar hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar.

Bu səbəbdən Nikol Paşinyan orduda kadr dəyişikliyinə başlayıb. Yəqin xatırlayırsınız, fevralın 19-da baş nazirin təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryanı və silahlı qüvvələrin Mənəvi və Psixoloji Dəstək İdarəsinin rəisi Aleksan Aleksanyanı istefaya göndərdi.

Xəbərlər