914
Bu gün 4 avqust — 10:12

Salyanda 16 yaşlı oğlan intihar etdi

Ötən gecə Salyan rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Bəşirbəyli kəndində 2004-cü ildə anadan olmuş Nicat Valeh oğlu Həsənov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, əvvəllər Şirvan şəhərində yaşayan Nicat Həsənov uşaq ikən hər iki valideynini itirdiyindən Bəşirbəyli kəndində yaşayan dayısının evində qalırmış. Ailənin yeganə övladı olan N.Həsənovun anasının xəstəlikdən, atasının isə bir neçə il əvvəl intihar edərək dünyalarını dəyişdikləri deyilir.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər