401
Bu gün 2 avqust — 10:47

ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb.

Virtualaz.org bildirir ki, ÜST-nin fövqəladə vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş iclasının yekunlarına dair məlumatında belə deyilir.

Komitə fövqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyələrini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib. Tövsiyələrdə vurğulanıb ki, “beynəlxalq narahatlığa səbəb olan pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır”.

ÜST rəhbərliyi komitənin rəyi və tövsiyəsi ilə razılaşıb.

Xəbərlər