803
Bu gün 23 İyul 2020, 15:25

Ermənistan daha bir hərbçisinin öldüyü barədə məlumat yaydı

Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı yaralanmış sıravi Artur Muradyan Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında ölüb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 14 iyul tarixində başından ağır yaralanmış sıravi əsgər, 2001-ci il təvəllüdlü Artur Murdayan Baqratoviç iyulun 23 - də Mərkəzi Klinik Hospitalda ölüb.

Məlumata görə, Muradyan Ermənistanın şimal-şərq istiqamətindəki hərbi hissələrindən birinin döyüş postunda yaralanıb. O, hospitala çox ağır vəziyyətdə gətirilibmiş.

Virtualaz.org

Xəbərlər