441
Bu gün 16 iyul — 16:58

“Facebook”da Vaqif Dərgahlının adına saxta hesab açılıb

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının adından saxta "facebook" hesabı açılıb.

Bu barədə virtualaz.org-a V.Dərgahlı özü məlumat verib.

O, vətəndaşları həmin profilə inanmamağa və hesabı şikayət etməyə çağırıb: “Hörmətli media işçilərinə demək istəyirəm ki, mənim adımdan yaradılan bu profil saxtadır. Həmin profili şikayət etməyinizi xahiş edirəm”.

Qeyd olunan saxta "facebook" hesabının linkini təqdim edirik:

https://www.facebook.com/profile.php?id=100015505050408

Xəbərlər