154
Bu gün 16 iyul — 10:48

Koronavirusdan sağalanların sayı 8 milyonu keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 13 milyon 697 min 19 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan "Worldometers" saytı yayıb.

Bildirilir ki, virusdan həyatını itirənlərin sayı 586 min 888 nəfərdir.

İndiyədək 8 milyon 155 min 766 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər