349
Bu gün 14 iyul — 13:10

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

Bakıda zəhərlənmədən ölən şəxsin kimliyi müəyyənləşib.

Trend-in məlumatına görə, iyulun 10-da axşam saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən gənc qız orada ölüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ölən qızın kimliyi müəyyən edilib. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər