719
Bu gün 13 iyul — 14:13

İran XİN Azərbaycan hərbçilərinin həlak olmasına münasibət bildirdi

İran Azərbaycan hərbçilərinin şəhid olmasına təəssüflənir və tərəfləri təmkinli olmağa çağırır.

Virtualaz.org bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

XİN rəsmisi vurğulayıb ki, rəsmi Tehran bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “İran dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edib”.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.

Xəbərlər