173
Bu gün 13 iyul — 09:58

Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirlir.

Virttualaz.org bildirir ki, vətəndaşlar əvvəlcə Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşıblar.

Bu dəqiqələrdə isə onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola düşüblər.

Qeyd edək ki, təxliyyə edilən vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Onu da qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib.

Xəbərlər