226
Bu gün 12 iyul — 23:22

Qazaxda "Opel" "Şakman"la toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər