227
Bu gün 11 iyul — 12:15

AZAL çarter reysi ilə 83 həmyerlimizi Ər-Riyaddan Vətənə gətirdi

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-də Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Vətənə çatdırıb.

AZAL-dan virtualaz.org-a bildirilib ki, uçuşa yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Xəbərlər