149
Bu gün 9 iyul — 13:16

Ermənistanda daha 526 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 526 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 30 min 346 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 14 nəfər ölüb və həyatını itirənlərin sayı 535 olub.

İndiyədək 18 min xəstə sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur.

Xəbərlər