254
Bu gün 7 iyul — 23:31

Braziliya prezidenti də yoluxdu

Braziliya Prezidenti Jair Bolsonarunun koronavirusa yoluxduğu məlum olub.

Bu barədə TASS məlumat yayıb.

65 yaşlı prezident bu infeksiyanı o qədər də ciddi hesab etmir, onu adi qriplə müqayisə edirdi. Bu səbəbdən də Braziliya lideri xeyli tənqid olunurdu.

J.Bolsonaru ilk dəfə olaraq jurnalistlərin qarşısına tibbi maskada çıxıb və analiz cavabının pozitiv olduğunu bildirib.

Xəbərlər