535
Bu gün 6 iyul — 19:59

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs saxlanıldı

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə virtualaz.org-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.

Xəbərlər