316
Bu gün 6 iyul — 21:10

Səudiyyə Ərəbistanında koronavirus sürətlə yayılır

Səudiyyə Ərəbistanında ötən gündən COVID-19 virusuna daha 4 207 nəfər yoluxub, 52 nəfər isə ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 213 716 nəfərdir ki, bunlardan 1 968 nəfər ölüb, 150 minə yaxını sağalıb.

Ərəb ölkələri arasında koronavirusa yoluxanların ümumi sayına görə birinci yerdə olan Səudiyyə Ərəbistanında yoluxma sayı sabit qalsa da, may ayının sonundan etibarən məhdudiyyətlər tədricən yumşaldılır, o cümlədən yerli təyyarə uçuşları açılıb.

Xəbərlər