547
Bu gün 5 iyul — 01:32

ÜST bu dərmanların sınaqlarını dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərdi.

Xəbərlər