268
Bu gün 4 iyul — 19:33

Şəmkirçay su anbarında batan yeniyetmənin meyiti tapıldı

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Səmkirçay su anbarında 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, T.Süleymanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***17:11

Şəmkirçay su anbarında batan şəxs axtarılır.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbərlər