202
Bu gün 4 iyul — 15:37

Ermənistanda daha 580 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 580 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 27 900 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 8 nəfər ölüb və həyatını itirənlərin sayı 477 olub.

İndiyədək 15 935 xəstə sağalıb. Hazırda Ermənistanda 11 331 aktiv koronavirus xəstəsi var.

Xəbərlər