287
Bu gün 4 iyul — 11:00

Bakıda karantində işləyən kafe aşkarlandı

Paytaxtın Xətai rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərini pozmaqla fəaliyyət göstərən kafe aşkarlanıb.

Virtualaz.org-un məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Xəbərlər