624
Bu gün 3 iyul — 23:54

Şahin Mustafayev daha Milli Koordinator deyil

Prezident İlham Əliyev "Avropa Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında" 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb

Bu sərəncamla Şahin Mustafayevin adı fərmanın birinci hissəsindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycanda iqtisadiyyat nazirləri ənənəvi olaraq Avropa Komissiyasının Yardım Proqramları üzrə Milli Koordinator vəzifəsini tuturdular. Şahin Mustafayev İqtisadiyyat Naziri dərəcəsində, eyni zamanda Avropa Komissiyasının Yardım Proqramları Milli Koordinatoru vəzifəsini icra etdi.

Xəbərlər