381
Bu gün 3 iyul — 17:04

Ərdoğan Türkiyə Ordusunun rəhbərlərini Liviyaya göndərdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviyaya səfər ediblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, H. Akar və Y. Gülərin Liviyaya səfər etmələrinə qərar Qətər səfərindən sonra verilib: “Liviya prosesini daha yaxından izləmək istəyirik. Liviyanın qanuni hökuməti ilə aramızdakı işlər ciddi və qətiyyətli şəkildə aparılmalıdır. Məqsədimiz budur”.

Ərdoğan onu da vurğulayıb ki, Türkiyənin rəsmi Liviya hökuməti ilə əməkdaşlığı davam edir.

Xəbərlər