173
Bu gün 2 iyul — 12:14

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 593 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 26 min 658 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 6 nəfər ölüb və virusdan həyatını itirənlərin sayı 459 olub.

İndiyədək 15 036 xəstə sağalıb. Hazırda Ermənistanda 11 010 aktiv koronavirus xəstəsi var.

Xəbərlər