713
Bu gün 1 iyul — 10:30

Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşdı

Bu gündən Azərbaycanda “Aİ-95” ("Premium") markalı benzin bahalaşıb.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin benzinin qiyməti 0,1 manat artıb: "Bu, dünya bazarında “Aİ-95” benzininin qiymət artımı ilə bağlıdır, çünki benzinin bu markası ölkəyə idxal olunur".

***00:50

İyulun 1-dən etibarən Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq.

Virtualaz.org xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.

Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.

Xəbərlər