215
Bu gün 30 iyun — 20:25

Xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı ölkəsinə yola salındı

Bu gün Bakıdan İslamabada xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı yola salınıb.

Həmin ölkənin səfirliyi xəbərinə görə, həmin şəxslərin əksəriyyəti ölkəmizə qısamüddətli viza ilə gəlmiş, karantinlə bağlı beynəlxalq uçuşlar dayandırıldığı üçün vətənə qayıda bilməmiş iş adamları və turistlərdir.

“Xoşməramlı addım olaraq elə həmin təyyarə ilə Pakistanda olan 12 Azərbaycan vətəndaşı da geri qaytarıldı. Biz əməkdaşlığa, dəstəyə görə, habelə vətəndaşlarımızı maneəsiz geri qaytardıqlarına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə səfirlikdən qeyd ediblər.

Xəbərlər