352
Bu gün 19 iyun — 16:30

Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Virtualaz.org bildirir ki, Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilib, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilib.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilib, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilib.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilib, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilib.

Xəbərlər