512
Bu gün 31 may — 10:50

Şəkinin mərkəzində ayı: nazirlik rayona mütəxəssislər göndərdi

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının sərbəst şəkildə hərəkət etdiyi müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova virtualaz.org-a bildirib ki, qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür: “Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".

Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin.

"Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar", - nazirliyin sözçüsü qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Şəki regional ekologiya idarəsinin əməkdaşları da yerli polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün müəyyən tədbirlər görüb.

Xəbərlər