401
Bu gün 30 may — 22:22

25 yaşlı futbolçu koronavirusdan öldü

Boliviyalı futbolçu Deibert Quzman 25 yaşında koronavirusdan ölüb.

Virtualaz.org bildirir ki, bu barədə "The Sun" xəbər verir.

Quzmanın ölümü Boliviya futbolunda ilk dəfədir qeydə alınıb. Oyunçu milli çempionatın birinin klubu olan Universitario Del Beni təmsil edib.

Quzman atası və əmisi ilə birlikdə yaşayıb - onların hər ikisi də bir neçə gündə ölüb. Quzmanın milli çempionatın elit divizionunun klubu "Nacional Potosi"yə transfer olunacaqdı.

Boliviyada COVID-19-a yoluxma hallarının sayı 8731-ə çatıb. Ölənlər - 300 nəfərdir.

Xəbərlər