316
Bu gün 30 may — 13:44

Bərdə sakini əvvəlcə bacısını, sonra polisi bıçaqladı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər