502
Bu gün 30 may — 12:51

Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Tunis Prezidenti Kais Səid ölkə ərazisində fövqəladə vəziyyət rejiminin daha altı ay uzadılması haqqında fərman imzalayıb. Virtualaz.org bildirir ki, bu barədə “TASS” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.

“Prezident 30 may 2020-ci il tarixindən etibarən Tunis Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasına qərar verib”, - rəsmi məlumatda deyilir.

Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə tətbiq edilib. Bu, o vaxt paytaxtın mərkəzində terror aktının törədilməsi ilə bağlıdır. Kamikadze-terrorçunun prezident mühafizəsinin avtobusuna hücumu nəticəsində 13 nəfər həlak olmuş, daha 20 nəfər yaralanmışdı. İlkin olaraq 30 gün müddətinə tətbiq edilən fövqəladə vəziyyət rejiminin qüvvəsi daim uzadılıb, sonuncu dəfə - 29 aprel 2020-ci il tarixində 1 ay müddətinə.

Xəbərlər